EasyManua.ls Logo

Stihl MH 445 - Page 434

Stihl MH 445
486 pages
To Next Page IconTo Next Page
To Next Page IconTo Next Page
To Previous Page IconTo Previous Page
To Previous Page IconTo Previous Page
Loading...
0478 403 9802 B - AZ
432
Motor yağı ilə birbaşa əlaqə təhlükəli ola
bilər, bundan əlavə motor yağı silkələnə
bilməz.
STIHL mühərrik yağının doldurulmasını, o
cümlədən mühərrik yağının
dəyişdirilməsini STIHL distribütoruna
həvalə etməyi məsləhət görür.
Cihazı anbarda saxlamamışdan əvvəl
(məs. qış fasiləsindən əvvəl) yeyilmə və
zədələrə qarşı yoxlayın. Təhlükəsizlik
səbəbindən yeyilmiş və ya zədələnmiş
hissəsləri dərhal dəyişin ki, cihaz hər
zaman təhlükəsiz şəkildə işləyə bilsin.
Təmizləmə:
İşdən sonra cihaz tam təmizlənməlidir.
(Ö 12.2)
Toplanmış qalıqları taxta çubuq vasitəsi ilə
kənarlaşdırın. Cihazın aşağı hissəsini fırça
və su ilə təmizləyin.
Güclü təmizləyici vasitələrdən istifadə
etməyin. Bunlar, STIHL cihazınızın
təhlükəsiz istismarını zəiflədəcək plastik
və metal hissələri zədələyə bilər.
Cihazın alt hissəsi (qoruyucu qatın
aşağısındakı bütün hissələr) yüksək
təzyiqli təmizləyici və buxar çiləyici ilə
təmizlənə bilər. Ən azı 1 m məsafə
saxlayın və su axınını anbarlama yerinə və
qalın yerlərə yönəltməyin xüsusilə tüstü
çıxan və qoruyucu qatın arasına
yönəltməyin.
Yanğın təhlükəsinin qarşısını almaq üçün
soyuq hava hissələrinu, sərinlətmə
alətlərini və hava üfürmə yerini məs. ot,
saman, şibyə, yarpaq və digər yağlardan
təmiz saxlayın.
Texniki baxış işləri:
Yalnız bu istifadə təlimatında göstərilən
texniki baxış işləri icra edilə bilər. Bütün
digər işləri mütəxəssis vasitəçi icra
etməlidir.
Əgər zəruri təcrübəniz və ya köməkçi
avadanlığınız yoxdursa, lütfən, həmişə
mütəxəssis vasitəçi ilə əlaqə saxlayın.
STIHL, texniki baxış və təmir işlərini yalnız
STIHL mütəxəssis vasitəçi tərəfindən
həyata keçirməyinizi tövsiyə edir.
STIHL-in mütəxəssis vasitəçiləri
müntəzəm olaraq təlim kurslarında iştirak
edir və texniki məlumat ilə təmin edilir.
Yalnız STIHL tərəfindən bu maşın üçün
təsdiqlənmiş alətlər, aksesuarlar və ya
qurulmuş cihazlardan, yaxud texniki
cəhətdən eyni hissələrdən istifadə edin.
Əks halda, fərdi xəsarət və ya maşının
zədələnməsi ilə nəticələnən qəzalar
təhlükəsi yarana bilər. Əgər hər hansısa
bir suallarınız varsa, lütfən, mütəxəssis
vasitəçi ilə məsləhətləşin.
Orijinal STIHL alətləri, aksesuarlar və
ehtiyat hissələrinin xarakteristikası ən
yaxşı şəkildə maşın və istifadəçinin
tələblərinə uyğunlaşdırılıb. Əsl STIHL
ehtiyat hissələri STIHL ehtiyat hissələrinin
nömrəsinə, STIHL yazısına və əgər varsa,
STIHL ehtiyat hissələri simvoluna görə
tanına bilər. Kiçik hissələrdə yalnız simvol
ola bilər.
Təhlükəsizlik tədbirləri üçün yanacaq
daşıyıcı komponentlər (yanacaq borusu,
yanacaq kranı, yanacaq çəni, çən qapağı,
keçidlər və s.) müntəzəm olaraq korlanma
və sızıntıya qarşı yoxlanılmalıdır və lazım
olduqda bir mütəxəssis tərəfindən
dəyişdirilməlidir (STIHL öz distribütorunu
təklif edir).
Xəbərdarlıq və məlumat yapışqanlarını
həmişə təmiz və oxunaqlı saxlayın.
Zədələnmiş və ya itmiş yapışqanlar STIHL
mütəxəssis vasitəçisindən yeni, orijinal
lövhələr ilə dəyişdirilməlidir. Əgər
komponent yeni komponent ilə əvəz
edilibsə, yeni komponentin eyni
yapışqanlar ilə təmin edildiyindən əmin
olun.
Cihazı təhlükəsiz vəziyyətə gətirmək üçün
bütün qayka, bolt və vintləri bərkidin.
Motorun ilkin parametrlərini heç bir vaxt
dəyişməyin və onu fırlatmayın.
Texniki baxış üçün hissələr və ya
qoruyucu alətlər kənarlaşdırıldıqda onlar
müvafiq şəkildə və qaydalara əsasən
yenidən qurulmalıdırlar.
İş alətlərinin dəyişdirilməsi zamanı (biçmə
çarxı) biçmə çarxı növünə və
kombinasiyasına diqqət yetirin yalnız
STIHL tərəfindən icazə verilmiş variantları
istifadə edin.
4.8 Uzun fasilələr zamanı anbarlama
Cihazı qapalı yerdə saxlamamışdan əvvəl
motorun soyumasını gözləyin.
Boşaldılmış çənə malik cihazı və maye
ehtiyatını bağlanan və yaxşı
havalandırılan otaqda saxlayın.
Cihazın yersiz istifadədən (məs. uşaqlar
tərəfindən) qorunduğuna əmin olun.
Heç bir vaxt binanın daxilində içində
benzin olan cihazı saxlamayın. Yaranan
benzin buxarı açıq alov və ya qığılcımla
əlaqəyə girə və yana bilər.
Çən qış fasiləsindən əvvəl boşaldılmalı
olduqda, sərbəst bir yerdə bu yerinə
yetirilməlidir (məs. boşuna işlətməklə).
Cihazı anbarda saxlamamışdan əvvəl
(məs. qış fasiləsində) tam təmizləyin.
Cihazı şamı çölə dartılmış şəkildə anbarda
saxlayın.
Cihazı müvafiq şəkildə saxlayın.

Table of Contents

Related product manuals