AZ
427
KK
0478 403 9802 B - AZ
4.1 Ümumi
Cihazda iş zamanı qəza
hallarına dair göstərişlərə
mütləq əməl etmək lazımdır.
Birinci dəfə işə salmamışdan
əvvəl bütün təlimat kitabçası
diqqətlə oxunmalıdır. Təlimat
kitabçasını növbəti istifadələr
üçün qoruyub saxlayın.
Motor üçün ayrıca təmin olunmuş təlimat
kitabçasında xidmət və texniki baxış
göstərişlərinə diqqət yetirin.
Bu təhlükəsizlik tədbirləri sizin
təhlükəsizliyiniz üçün nəzərdə tutulub,
lakin tədbirlər bununla bitmir. Bu cihazı
ağıl və məsuliyyətlə istifadə edin və hər
zaman yadda saxlayın ki, digər şəxslərin
yaralnmasına və əmlaka dəyən ziyana
görə istifadəçi məsuliyyət daşıyır.
Cihazın xidmət hissələrini və yerləşilən
hissələrini, cihazın istifadəsini yaxşı
öyrənin. Xüsusilə istifadəçi cihazın iş
alətləri və yandırma motorunu tez
söndürməyi bacarmalıdır.
Bu cihaz yalnız istifadə təlimatı kitabçasını
oxumuş və cihazın istifadəsindən anlayışı
olan şəxslər tərəfindən istifadə oluna bilər.
İlkin istifadədən öncə istifadəçi peşəkar və
praktik təlimat ilə tanış olmalıdır. İstifadəçi
satıcı və ya digər bir ixtisaslı mütəxəssis
tərəfindən cihazın təhlükəsiz istifadəsinə
dair məlumatlandırılmalıdır.
Xüsusilə, bu təlimat istifadəçini cihazla
işləyərkən maksimum diqqətli və
konsentrə olmaq barəsində xəbərdar
etməlidir.
Hətta bu cihaza qaydalara uyğun xidmət
göstərilsə də, qalıq risklər hər zaman
mövcuddur.
Bu cihaz o cümlədən onun hissələrini
yalnız bu model və onun istifadəsindən
anlayışı olan insanlara vermək olar.
Təlimat kitabçası bu cihazın bir hissəsidir
və həmişə birgə təqdim olunmalıdır.
Cihazdan ehtiyatla və fiziki və mənəvi
cəhətdən sağlam olduqda istifadə edin.
Sağlamlığınız normal şəraitdə olmadıqda,
cihazdan istifadə ilə bağlı həkiminizlə
məsləhətləşin. Spirtli içki, dərman
vasitələri və ya reaksiyaya təsir göstərən
dərman qəbulundan sonra cihazdan
işləmək olmaz.
İstifadəçinin fiziki, hissi və zehni olaraq
cihazı istismar və istifadə etməyə qadir
olduğundan əmin olun. Əgər istifadəçinin
fiziki, hissi və ya zehni olaraq
məhdudiyyətləri varsa, bu zaman istifadəçi
qurğunu yalnız nəzarət altında və ya
məsul şəxsin göstərişi ilə istifadə edə bilər.
İstifadəçinin həddi-büluğ yaşına
çatdığından və ya peşə fəaliyyəti yerinə
yetirmək üçün milli qaydalar əsasında
təlim keçdiyindən əmin olun.
Diqqət – Qəza təhlükəsi!
Motora təkan verən alət əkin, qurma və ya
bitkilərə qayğı kimi yer işləri üçün nəzərdə
tutulub. Ondan yalnız istifadə təlimatında
təsvir olunan kimi istifadə oluna bilər –
kənar məqsəd üçün istifadə oluna bilməz!
Digər şəkildə istifadəyə icazə verilmir və
bu təhlükəli ola bilər. Yaralanma və ya
cihazın zədələnməsi baş verə bilər.
İsitfadəçinin bədən hissələrinin
zədələnməsi təhlükəsinə görə motoru işə
gətirən alət aşağıdakı işlər üçün istifadə
oluna bilməz (siyahı tam deyil):
– damlarda və eyvanlarda kolların
biçilməsi işləri üçün,
– ağaz və çöplərin kəsilməsi və
doğranması üçün.
Cihazla birlikdə heç bir alətlər, heyvanlar
və ya insanlar xüsusilə də uşaqlar nəql
edilə bilməzlər.
Təhlükəsizlik məqsədləri üçün STIHL
tərəfindən təsdiq olunan aksesuarların
müvafiq yerləşdirməsindən başqa, cihaza
edilən istənilən dəyişiklik qadağandır və
zəmanət sığortasının etibarsızlığı ilə
nəticələnir. Təsdiqlənmiş aksesuarlar ilə
əlaqədar məlumat STIHL mütəxəssis
vasitəçiniz tərəfindən əldə edilə bilər.
10 Daşıma qolu
11 Qoruyucu zolaq
12 Nəql aləti
13 Əyləc qolu
14 Ayırma qolu (nəql aləti)
15 Azadetmə boltları (əyləc qolu)
16 Tutacaq qolu
17 Drossel qolu
18 MH 445 R, MH 560, MH 585, MH 685:
Hərəkət qolu (geriyə)
19 Cihaz nömrəsi ilə təyinat lövhəsi
4. Sizin təhlükəsizliyiniz
üçün
Boğulma nəticəsində həyati
təhlükə!
Qablaşdırma materialı ilə
oynayarkən uşaqlar üçün boğulma
təhlükəsi mövcuddur. Qablaşdırma
materialını mütləq uşaqlardan
kənar tutun.