0478 403 9802 B - AZ
428
Xüsusilə, enerji çıxışı və ya motorun və ya
elektrik motorunun sürətini artıran maşın
ilə istənilən müdaxilə qadağandır.
İctimai yerlərdə, parklarda, idman
şəhərçiklərində, küçələrdə və kənd və
meşə təsərrüfatlarında istifadə zamanı
xüsusi qaydalara riayət etmək lazımdır.
Diqqət! Vibrasiya nəticəsində
sağlamlığa ziyan! Həddindən
artıq vibrasiyaya məruz qalmaq
qan təzyiqi problemi olan
şəxslərdə qan dövranı və ya sinir
sisteminə zərər vura bilər. Vibrasiya
nəticəsində simptomlar yarandıqda
həkiminizə müraciət edin.
Adətən barmaq, əl və ya əl ətraflarında
yaranan əsas simptomlara məsələn
aşağıdakılar aiddir (natamam siyahı):
– Qeyri-həssaslıq,
– Ağrı
– Əzələlərin zəifləməsi,
– Dəri rənginin dəyişməsi,
– xoşagəlməz bükülmə.
Sükanı fəaliyyət zamanı bərk lakin
gərilmədən hər iki əllə göstərilən yerlərdə
tutun.
İş vaxtını elə planlayın ki, uzun müddət
ərzində həddindən artıq yükləmələrin
qarşısı alınsın.
Motorun istifadəsi zamanı iş fasilələrini
planlaşdırın və cihazın uzun müddətli işinə
imkan verməyin, uzun müddətli
vibrasiyalar sağlamlığa ziyan vura bilər.
4.2 Çənin doldurulması – Benzinlə
davranma
Benzini yalnız onun üçün nəzərdə
tutulmuş və yoxlanmış qablarda
(Kanistrlərdə) saxlayın. Çənlərin qapaqları
həmişə müvafiq şəkildə bağlanmalı və
sıxılmalıdır. Qüsurlu qapaqları
təhlükəsizlik səbəbindən dəyişin.
Heç bir vaxt işçi butullkalarını və ya oxşar
məhsulları maddələrin saxlanması üçün
istifadə etməyin məs. oksigen. İnsanlar,
xüsusilə də uşaqlar onları içə bilərlər.
Benzini alovdan, açıq alovdan,
davamlı istidən, istilik
mənbəyindən və digər
mənbələrdən uşaq saxlayın.
Siqaret çəkməyin!
Yalnız maşın dayandıqda onu benzinlə
doldurun və çənin yaxınlığında siqaret
çəkməyin.
Çəni doldurmamışdan əvvəl motoru
dayandırın və soyudun.
Benzini motoru işə salmamışdan əvvəl
doldurun. Motor işə düşərkən və ya isti
maşın isti olduqda çənin qapağı açıla
bilməz və ya benzin əlavə edilə bilməz.
Yanacaq çəninini normadan
artıq doldurmayın!
Yanacağa yer yaratmaq üçün
çəni aşağıdakı dəstək yerinin
aşağı kənarından yuxarıya
doldurmayın.
Əlavə məlumat üçün yanma
motorunun istifadə təlimatlarına
baxın.
Benzin başa çatdıqda motoru yalnız
benzinlə çirklənmiş sahəni təmizlədikdən
sonra işə salın. Benzin buxarı uçana qədər
(quru şəkildə silmə) hər cürə alovun
qarşısını alın.
Dağılmış maddəni hər zaman silin.
Benzin paltarın üstünə düşdükdə
dəyişdirilməlidir.
Heç bir vaxt binanın daxilində içində
benzin olan cihazı saxlamayın. Yaranan
benzin buxarı açıq alov və ya qığılcımla
əlaqəyə girə və yana bilər.
Çəni boşaltmaq lazım gəldikdə bunu
sərbəst yerdə edin.
4.3 Geyim və alətlər
İş zamanı altlığa malik iş
ayaqqabısı geyinmək lazımdır.
Heç bir vaxt ayaqqabısız və ya
məsələn sandalla işləməyin.
Texniki baxış və təmizləmə
işləri zamanı, o cümlədən
cihazın nəqli zamanı hər zaman
bərk əlcəklər geyinin və saçınızı
bağlayın (örpək, papaq və s).
Cihazla iş zamanı müvafiq və
dar paltarlar geyinin, məs.
kombinizon geyinin, iş xalatı
geyinmək olmaz. Cihazla iş
zamanı şarf, qalstuk, zərgərlik məmulatı,
asılı lentlər və ya şnur və digər kiçik geyim
hissələri taxmayın.
Fırlanan hissələr saçları, geyimləri və
geyim hissələrini fırlada və ya cıra bilər. Bu
agır yaralanmaya gətirib çıxara bilər.
Həyati təhlükə!
Benzin zəhərlidir və yüksək
dərəcədə yana bilər.