AZ
429
KK
0478 403 9802 B - AZ
4.4 Cihazın nəqli
İti uclu və isti cihaz hissələrində
yaralanmanın qarşısını almaq üçün əlcək
geyinin.
Cihazı motoru işləyərkən nəql etməyin.
Nəqldən əvvəl motoru söndürün, iş
alətlərinin dayanmasını gözləyin və şamı
dartın.
Cihazı motoru soyutduqda və mayesiz
şəkildə nəql edin.
Zəhmət olmasa, "Nəql" bölməsində
məlumatlara baxın. Orada cihazı necə
qaldırmaq o cümlədən daşımağa dair
məlumatlar göstərilib. (Ö 13.)
Cihazı hər zaman iki nəfər daşıyın – tutma
yerlərinə diqqət yetirin.
Aidiyyatlı yardımçı hissələrdən (yükləmə
hissələri, qaldırma alətləri) istifadə edin.
Təhlükəsizlik səbəbindən nəql zamanı və
yükləmə zamanı, xüsusilə yük alətlərinin
istifadəsi zamanı, 15°-dən artıq əyilmə
dərəcəsini keçmək olmaz.
Avadanlıq və yükləmə zonasında daşınan
avadanlıq hissələrini müvafiq ölçülü
fiksatorlarla (kəmərlər, iplər və s.) ilə təmin
edin. Cihazı heç bir vaxt təhlükəli şəkildə
nəql etməyin.
STIHL, mühərrikli kultivatoru maşının
içərisində deyil (məsələn, baqajda) uyğun
bir yükləmə sahəsində uyğun bir qoşqu
vasitəsi ilə daşımağı tövsiyyə edir.
Cihazın nəqli zamanı regional qaydalara, o
cümlədən yük yerində yükün təhlükəsizliyi
və onun nəqli ilə bağlı qaydalara diqqət
yetirin.
4.5 İşdən əvvəl
Cihazda yalnız onun təlimat kitabçasını
oxumuş adamların işləməsinə əmin olun.
Cihazı istismara verməsindən əvvəl
yanacaq sisteminin, xüsusiləçən, çənin
bağlayıcı qurğusu, şlanq birləşmələri kimi
görülən hissələrinin germetikliyni yoxlayın.
Qeyri-germetiklik və ya daxili yanacaqlı
mühərrikinin zədələnməsi aşkar
olunduqda - Yanğın riski!
istismara verilmədən əvvəl cihazı təmirə
təhvil verin və ya dəyişdirilmək üçün
satıcıya göndərin.
Yandırma motorlarına malik bağ
cihzlarının iş vaxtına dair ərazidəki
qaydalara diqqət yetirin.
Cihazın işə salınacağı sahəni tam yoxlayın
və böyük daş, çubuq, məftil və cihaza
mane ola biləcək digər yad cismləri
kənarlaşdırın.
Yrdə əyilmiş maddələr (otlağın qorunduğu
yerlər, sütunlar, su vintilləri, fundamentlər,
elektrik xəttləri və s.) cihazda işdən əvvəl
qeyd edilməlidirlər və onlardan yan
keçmək lazımdır. Bu cür kənar obyektlərdə
biçmə işi aparmayın.
Bütün qüsurlu, köhnə və ya zədələnmiş
hissələr maşını istifadə etməzdən əvvəl
dəyişdirilməlidir. Maşında istənilən
oxunmayan və ya zədələnmiş təhlükəsizlik
işarələri və xəbərdarlıqlarını dəyişdirin.
STIHL mütəxəssisinizdə əvəzedici
yapışqanlar və bütün digər ehtiyat
hissələrinin təchizatı var.
Cihazı istifad əetməmişdən əvvəl
yandırma şamının bərkliyini və
təhlükəsizliyini yoxlayın.
Cihaz yalnız müvafiq istismar vəziyyətində
istifadə edilə bilər. Hər istifadədən öncə
yoxlanılmalıdır:
– ümumi cihaz qaydalara uyğun montaj
edilibmi.
– təhlükəsizlik qurğuları (məs. hərəkət
qolu, qoruyucu zolaq, qoruyucu qapaq,
qoruyucu qat, sükan, qoruyucu çərçivə)
qüsursuz vəziyyətdədirmi və
mükəmməl işləyirmi. Təhlükəsizlik
qurğuları çatışmadıqda, zədələnmiş və
ya köhnə olduqda cihazı heç vaxt
istifadə etməyin.
– İş alətləri (biçmə çarxı) və bərkitmə
vintləri, fiksator) mövcuddurmu,
aşınıbmı və ya zədələnibmi (qırılma,
çat). Yeyilmiş və ya zədələnmiş
hissələri dəyişmək lazımdır.
– İş alətləri (qarmaq ulduzları) təhlükəsiz
və bərk montaj edilibmi.
– hərəkət qolu işləyirmi və asan işə
düşürmü.
– çən qapağı müvafiq şəkildə
bərkidilibmi.
– çən və yanacaq daşıyıcı hissələr,
həmçinin çənin qapağı yaxşı
vəziyyətdədirmi.
– yağ tökülən hissənin qapağı müvafiq
şəkildə bərkidilibmi.
– istifadə olunan aksessuarlar tam və
düzgün şəkildə cihaza
quraşdırılmışdırmı. Aksessuarlar ilə
birgə əlavə olunan bütün komponentlər
quraşdırılmalı və ya istifadə
olunmalıdır.
İstənilən zəruri işi icra edin və ya
mütəxəssis vasitəçi ilə məsləhətləşin.
STIHL, STIHL mütəxəssis vasitəçilərini
tövsiyə edir.
Sol və sağdakı qoruyucu zolaqlar müvafiq
iş sahəsinin eninə uyğunlaşdırılır və hər
zaman düzgün şəkildə quraşdırılmalıdır.
Əgər əlavə biçmə çarxları (STIHL