Azərbaycanca
17
Azərbaycanca
Mündəricat
Vacib _____________________________________________________________________________________ 17
Təkrar emal_______________________________________________________________________________ 19
Zəmanət və dəstək ________________________________________________________________________ 19
Giriş______________________________________________________________________________________ 19
Ümumi təsvir _____________________________________________________________________________ 20
İlk istifadədən əvvəl _______________________________________________________________________ 20
İlk istifadədən əvvəl hazırlıqlar_____________________________________________________________ 20
Cihazdan istifadə__________________________________________________________________________ 20
Təmizləmə________________________________________________________________________________ 26
Saxlama __________________________________________________________________________________ 28
Nasazlıqların aradan qaldırılması ___________________________________________________________ 28
Vacib
Cihazdan istifadə etməzdən əvvəl bu vacib məlumatları diqqətlə oxuyun və
gələcəkdə istinad etmək üçün saxlayın.
Təhlükə
-
Cihazı isti qaz sobasının və ya hər hansı növ elektrik sobasının, eləcə də
elektrikli bişiricilərin üstündə və ya yaxınlığında, yaxud isti sobada
yerləşdirməyin.
-
Cihazı heç vaxt suya batırmayın, yaxud kranın altında yumayın.
-
Elektrik şokunun qarşısını almaq üçün hər hansı suyun və ya başqa mayenin
cihaza daxil olmasına imkan verməyin.
-
Qızardılacaq inqrediyentlərin isitmə elementləri ilə təmasda olmasının
qarşısını almaq üçün onları həmişə tavaya qoyun.
-
Cihaz işləyərkən hava girişi və hava çıxışı qapaqlarını örtməyin.
-
Tavanı yağ ilə doldurmayın, çünki bu, yanğın təhlükəsi yarada bilər.
-
Ştepsel çəngəli, cərəyan kabeli və ya cihazın özü zədələnibsə, cihazdan
istifadə etməyin.
-
Cihaz işləyərəkən onun içərisinə heç vaxt toxunmayın.
-
Heç vaxt tavaya üzərində göstərilən maksimum səviyyədən çox qida
qoymayın.
-
Həmişə isidicinin boş olduğundan və ona qida yapışmadığından əmin olun.
Xəbərdarlıq
-
Güc kabeli zədələnibsə, təhlükənin qarşısını almaq üçün o, Philips, onun
xidmət nümayəndəsi və ya buna bənzər ixtisaslı şəxslər tərəfindən
dəyişdirilməlidir.
-
Cihazı yalnız torpaq sızması əleyhinə elektrik açarı ilə qorunan torpaqlanmış
rozetkaya qoşun.
-
Həmişə ştepsel çəngəlinin divardakı cərəyan yuvasına düzgün taxıldığından
əmin olun.
-
Bu cihaz başqa taymer və ya uzaqdan ayrıca idarəetmə sistemi vasitəsilə
işlədilmək üçün nəzərdə tutulmayıb.
18 / 557 17 / 555 18 / 557