EasyManua.ls Logo

Philips AVENT Plus SCF391 - Azerbaijani; Giriş

Philips AVENT Plus SCF391
251 pages
To Next Page IconTo Next Page
To Next Page IconTo Next Page
To Previous Page IconTo Previous Page
To Previous Page IconTo Previous Page
Loading...
Azərbaycanca
28
Azərbaycanca
Mündəricat
Giriş ____________________________________________________________________________________ 28
Ümumi təsvir _____________________________________________________________________________ 29
Nəzərdə tutulan istifadə qaydası və istifadə üçün göstərişlər ____________________________________ 29
Təhlükəsizliklə bağlı vacib məlumat _________________________________________________________ 30
İlk dəfə istifadə etməzdən əvvəl_____________________________________________________________ 32
Təmizləmə və dezinfeksiya _________________________________________________________________ 32
Döş pompasından istifadə edilməsi__________________________________________________________ 35
Şişkinlik simptomlarınız varsa, döş pompasından istifadə edilməsi _______________________________ 39
İstifadədən sonra _________________________________________________________________________ 40
Ana südünün butulka ilə uşağa verilməsi_____________________________________________________ 41
Uyğunluq ________________________________________________________________________________ 43
Aksesuar və ehtiyat hissələrinin sifariş edilməsi________________________________________________ 43
Təkrar emal ______________________________________________________________________________ 43
Zəmanət və dəstək ________________________________________________________________________ 44
Problemlərin aradan qaldırılması____________________________________________________________ 44
Arzuolunmaz əks təsirlər ___________________________________________________________________ 45
Saxlama şərtləri___________________________________________________________________________ 46
Elektromaqnit sahələri (EMF) _______________________________________________________________ 46
Texniki məlumat __________________________________________________________________________ 46
Simvolların izahı __________________________________________________________________________ 49
Giriş
Bu məhsulu satın aldığınıza görə sizi təbrik edirik və Philips Avent məhsullarından istifadəyə xoş gəlmisiniz
deyirik! Philips Avent firmasının təklif etdiyi dəstək xidmətindən tam yararlanmaq üçün öz döş pompası
məhsulunuzu www.philips.com/mybreastpump internet səhifəsində qeydiyyatdan keçirin.
Philips Avent tək/cüt başlıqlı elektrikli döş pompası Plus körpələr və onların sorma vərdişinə əsasən
hazırlanmışdır. Yumşaq silikon altlıq döş giləsini həssas masaj hərəkətləri ilə stimulyasiya edərək, südü rahat
və effektiv şəkildə sağmağınıza kömək edir. Sorucu hissə və gilənin stimulyasiyasının kombinasiyası sürətli
süd axınına təkan verir. İrəli əyilməyə ehtiyac qalmayan şəkildə dizayn edilməsi sizin südü sağarkən rahat, dik
vəziyyətdə oturmağınıza imkan verir.
Səhiyyə mütəxəssisləri və Ümumdünya Səhiyyə Təşkilatı, uşaqları xüsusən ilk altı ay ərzində döş südü ilə
qidalandırmağı və iki yaşına çatana qədər əlavə qidalandırıcı yeməklərlə birgə ana südü verməyə davam
etməyi məsləhət görür. Bunun səbəbi isə odur ki, sizin südünüz körpənizin ehtiyaclarına xüsusi olaraq
uyğunlaşmış olur və körpənizi infeksiya və allergiyalardan qoruyur. Daha uzun müddət ana südü ilə təmin
etmək üçün siz öz südünüzü sağa və saxlaya bilərsiniz, beləcə siz süd vermək üçün orada ola bilməsəniz belə
körpəniz südün faydalarından yararlanmağa davam edə bilər. Pompa istifadə üçün kompakt, səssiz və ayrı-
ayrı hissələrdən ibarət olduğuna görə onu özünüzlə hara istəsəniz apara və öz rahatlığınıza uyğun şəkildə
südü sağa və süd veriminizi saxlaya bilərsiniz.
Əgər əmizdirmə yaxşı olarsa, südü sağmağa başlamazdan əvvəl süd veriminiz və əmizdirmə vaxtınızın
formalaşmasını (adətən doğuşdan sonra ən azı 2-4 həftəyə qədər) gözləməyiniz (səhiyyə mütəxəssisiniz
tərəfindən başqa cür tövsiyə edildiyi hallar istisna olmaqla) tövsiyə edilir.

Table of Contents

Related product manuals