37
Azərbaycanca
İstədiyiniz intensivliyi manual olaraq seçmək üçün seçimlər arasında keçid
etmək üçün diş fırçası yanılı olduqda tutacaqdakı rejim/intensivlik düyməsini
basın. İntensivlik parametri yalnız diş fırçası yanılı olduqda dəyişdirilə bilər.
BrushSync texnologiyası
"BrushSync" texnologiyası fırça başlığının mikroçip vasitəsilə tutacaq ilə birlikdə
işləməsinə imkan verir. Fırça başlığının aşağısındakı simvolu onun bu
texnologiya ilə təchiz edilmiş fırça başlığı olduğunu göstərir.
"BrushSync" texnologiyası aşağıdakıları aktivləşdirir:
- Fırça başlığını dəyişdirmək üçün xatırladıcı
- BrushSync rejiminin əlaqələndirilməsi
BrushSync texnologiyası ilə təchiz edilmiş Philips Sonicare geniş smart fırça
başlıqları spektrini təklif edir. Fırça başlıqlarımızın bütün çeşidlərini araşdırmaq
və istəyinizə uyğun fırça başlığını tapmaq məqsədilə daha çox məlumat üçün
www.philips.com/toothbrush-heads ünvanına keçin.
Xüsusiyyətlər
- Təzyiq sensorunun əks-əlaqəsi
- BrushPacer
- SmarTimer
- EasyStart
- Fırça başlığını dəyişdirmək üçün xatırladıcı
- Fırça başlığı rejiminin əlaqələndirilməsi
Təzyiq sensorunun əks-əlaqəsi
Damaqlarınızı və dişlərinizi zədələnmədən qorumaq üçün Sonicare diş fırçanız
fırçalama zamanı tətbiq etdiyiniz təzyiqi ölçür.