44
Azərbaycanca
Qeyd: Batareya tamamilə boşaldıqda, diş fırçası sönür. Diş fırçasını doldurmaq
üçün şarj cihazının üzərinə yerləşdirin.
Qeyd: Batareyanı hər zaman tam dolu saxlamaq üçün istifadə etmədiyiniz
zaman diş fırçanızı doldurma cihazının üstündə saxlaya bilərsiniz.
Təmizlik
Diş fırçasının tutacağı
1
Fırça başlığını çıxarın və metal val sahəsini və düymələri isti su ilə yuyun. Ən
azı həftədə bir dəfə, lakin hər istifadədən sonra diş pastası qalıqlarını
tutacaqdan və düymələrin ətrafından təmizləməyi unutmayın.
Diqqət: Metal valın üzərindəki və düymələrin ətrafındakı rezin möhürü
iti cisimlərlə itələməyin, çünki bu, zədələnməyə səbəb ola bilər.
2
Tutacağın bütün səthini nəm bir parça ilə silin.
Qeyd: Artıq suyu çıxarmaq üçün çanağı tutacağa toxundurmayın.
3
Tutacağı yumşaq bir parça və ya dəsmal ilə qurudun.
Fırça başlığı
1
Hər istifadədən sonra fırça başlığını və tükcükləri yaxalayın.
2
Fırça başlığını tutacaqdan çıxarın və fırça başlığını ən azı həftədə bir dəfə
ilıq su ilə yuyun. Portativ qapağı tələb olunan qədər yuyun və havada
qurudun. Yalnız quru fırça başlığından istifadə edin.
Qeyd: Fırçanın başlığının qapağı daşınma məqsədlərilə istifadə olunur və
davamlı istifadə üçün nəzərdə tutulmamışdır.