EasyManua.ls Logo

Philips sonicare 6500 - Page 26

Philips sonicare 6500
859 pages
Print Icon
To Next Page IconTo Next Page
To Next Page IconTo Next Page
To Previous Page IconTo Previous Page
To Previous Page IconTo Previous Page
Loading...
Az rbaycanca
26
Azərbaycanca
Giriş
Philips Sonicare ailəsinə xoş gəlmişsiniz! Diş ərpinin daha yaxşı təmizlənməsi,
daha bəyaz dişlər və daha sağlam damaqlar - hamısı barmaqlarınızın ucunda.
Sonicare-in zərif səs texnologiyası, habelə klinik cəhətdən işlənilib hazırlanmış
və təsdiqlənmiş xüsusiyyətləri ilə hər dəfə mümkün olan ən yaxşı təmizliyi əldə
etdiyinizə əmin ola bilərsiniz.
Daha çox dəstək və məhsul qeydiyyatı üçün bu səhifəyə daxil olun:
www.philips.com/support
Təhlükəsizliklə bağlı vacib məlumat
Məhsulu yalnız təyinatı üzrə istifadə edin. Məhsulu və onun batareya,
aksesuarlarını istifadə etməzdən əvvəl bu məlumatları diqqətlə oxuyun və
gələcəkdə istinad etmək üçün saxlayın. Yanlış istifadə təhlükələrə və ya ciddi
xəsarətlərə səbəb ola bilər.
XƏBƏRDARLIQLAR
- Yalnız orijinal Philips aksesuarları və ya istehlak materiallarından istifadə
edin. Təchiz edilibsə, yalnız orijinal USB kabeli və USB enerji təchizatı
qurğusundan istifadə edin.
- Bu cihazda istifadəçinin təmir edə biləcəyi hissələr yoxdur. Cihaz
zədələnibsə, ondan istifadəni dayandırın və ölkənizdəki Müştəriyə Xidmət
Mərkəzi ilə əlaqə saxlayın. USB kabeli zədələnibsə, istifadə etməyin.
- Şarj cihazlarını və/və ya portativ şarj qutusunu sudan uzaqda saxlayın.
- Təmizlədikdən sonra adapterlərin, şarj cihazlarının və portativ şarj cihazı
qutularını taxmazdan əvvəl tamamilə quruduğundan əmin olun.
- Bu cihaz uşaqlar və fiziki, hissiyyat və ya əqli qabiliyyətləri zəif olan, yaxud
cihazın istifadəsi ilə bağlı təcrübə və biliyi olmayan insanlar tərəfindən o
zaman istifadə oluna bilər ki, onlara cihazın təhlükəsiz istifadəsinə dair
təlimat verilib və ya təhlükəsiz istifadəni təmin etmək üçün nəzarət altında
olacaqlar, yaxud əlaqədar təhlükələr barədə məlumatlandırılıblar. Nəzarət
olmadan uşaqlara təmizlik və ya istifadəçi baxımını həyata keçirmək icazəsi
verilməməlidir.
- Məhsulla oynamamaları üçün uşaqlar nəzarət altında olmalıdırlar.
- Məhsulun hər hansı hissəsini qabyuyan maşında təmizləməyin.
- Adapterlər və şarj cihazlarından çöldə və ya isti səthlərin yaxınlığında
istifadə etməyin.
- Bu cihaz yalnız dişləri, damağı və dili təmizləmək üçün hazırlanıb.
- Fırça başlığının xovları zədələnib və ya əyilibsə, ondan istifadəni dayandırın.
Köhnəlmə əlamətləri üzə çıxsa, fırça başlığını hər 3 aydan bir və ya daha
tez-tez dəyişdirin.

Table of Contents

Related product manuals