27
Azərbaycanca
- Tərkibində efir yağları və ya kokos yağı olan məhsullarla birbaşa təmasdan
çəkinin. Bu cür təmas tüklərin yerindən çıxmasına səbəb ola bilər.
- Maksimum istifadə hündürlüyü 4500 metrdir.
TİBBİ XƏBƏRDARLIQLAR
- İstifadədən sonra həddən artıq qanama olsa, qanama 1 həftəlik istifadədən
sonra yenə də davam etsə və ya narahatlıq, yaxud ağrı hiss etsəniz,
cihazdan istifadəni dayandırın və stomatoloqunuz/həkiminiz ilə
məsləhətləşin.
- Ötən 2 ay ərzində ağız və diş əti əməliyyatı keçirmisinizsə, bu cihazı istifadə
etməzdən əvvəl stomatoloqunuz ilə məsləhətləşin.
- Əgər sizdə kardiostimulyator və ya başqa implantasiya edilmiş cihaz varsa,
istifadə etməzdən əvvəl həkiminizlə və ya implantasiya edilmiş cihazın
istehsalçısı ilə əlaqə saxlayın.
- Sağlamlıq problemləriniz varsa, bu cihazı istifadə etməzdən əvvəl həkiminiz
ilə məsləhətləşin.
- Cihaz şəxsi gigiyena cihazıdır və stomatoloji praktikada və ya müəssisədə
çoxsaylı xəstələrdə istifadə üçün nəzərdə tutulmayıb.
BATAREYA TƏHLÜKƏSİZLİYİNƏ DAİR TƏLİMATLAR
- Bu cihazda yalnız təcrübəli şəxslər tərəfindən çıxarıla bilən batareyalar var.
- Məhsulu yalnız təyinatı üzrə istifadə edin. Məhsulu və onun batareya,
aksesuarlarını istifadə etməzdən əvvəl bu məlumatları diqqətlə oxuyun və
gələcəkdə istinad etmək üçün saxlayın. Yanlış istifadə təhlükələrə və ya
ciddi xəsarətlərə səbəb ola bilər. Verilən aksesuarlar müxtəlif məhsullar
üçün fərqli ola bilər.
- Yalnız orijinal Philips aksesuarları və istehlak materiallarından istifadə edin.
- Məhsulu və batareyaları oddan uzaq saxlayın və onları birbaşa günəş işığı
və ya yüksək temperatura məruz qoymayın.
- Məhsul anormal şəkildə qızar və ya qoxu gələrsə, rəngini dəyişər və ya şarj
normaldan daha uzun müddət davam edərsə, məhsulu istifadə etməyi,
həmçinin şarj etməyi dayandırın və Philips ilə əlaqə saxlayın.
- Məhsulları və onların batareyalarını mikrodalğalı soba və ya induksiyalı
ocaqlara qoymayın.
- Batareyaların qızmaması və ya zəhərli, təhlükəli maddələr buraxmaması
üçün məhsulu və ya batareyanı açmayın, dəyişdirməyin, deşməyin,
zədələməyin və ya sökməyin. Batareyanın qısa qapanmasına, həddindən
artıq və ya əks şarj edilməsinə yol verməyin.
- Bu cihazda təmir oluna bilən hissələr yoxdur. Batareyanın istismar müddəti
başa çatdıqda, cihaz lazımi qaydada atılmalıdır (Təkrar emal bölməsinə
baxın).