35
Azərbaycanca
1
Yenidən doldurula bilən batareyanın yükünü
boşaltmaq üçün tutacağı doldurma cihazından
çıxarın, Philips Sonicare-i yandırın və dayanana qədər
işləməsinə imkan verin. Bu addımı Philips Sonicare-i
artıq yandıra bilməyənə qədər təkrarlayın.
2
Fırça başlığını çıxarıb, atın. Tutacağı dəsmal və ya
parça ilə tamamilə örtün.
3
Bir əlinizlə tutacağın yuxarı hissəsindən tutun və
tutacaq yuvasının aşağı tərəfindən 0,5 düym yuxarı
vurun. Sonluqdakı qapağı çıxarmaq üçün hər 4 tərəfə
çəkiclə möhkəm vurun.
Qeyd: Daxili keçid bağlantılarını ayırmaq üçün
tutacağın sonuna bir neçə dəfə vurmalı ola bilərsiniz.
4
Sonluqdakı qapağı diş fırçasının tutacağından çıxarın.
Sonluqdakı qapaq yuvadan asanlıqla çıxmasa, çıxana
qədər 3-cü addımı təkrarlayın.
5
Tutacağı tərsinə tutaraq dəstəyi sərt bir səthdə
aşağıya doğru basın. Daxili komponentlər yuvadan
asanlıqla çıxmasa, onlar çıxana qədər 3-cü addımı
təkrarlayın.
6
Vintaçanı batareya və daxili komponentlərin altındakı
ağ çərçivənin arasına qoyun. Sonra isə ağ çərçivənin
alt tərəfini ayırmaq üçün vintaçanı batareyadan
uzaqlaşdırın.