27
Azərbaycanca
Qeyd: Divar adapteri daxil deyil. Sıçramaya davamlı hər hansı uyğun gələn IPX4
adapteri tövsiyə olunur (adapterdə "IPX4" mətni və ya simvolları ilə göstərilir).
Başlamaq
Əlavə edilmiş fırça başlığı
1
Fırça başlığını elə düzün ki, tükcüklər tutacağın qabaq hissəsi ilə eyni
istiqamətə yönəlsin.
2
Fırça başlığını dayanana qədər metal valın üzərinə möhkəm basın.
Qeyd: Fırça başlığı ilə tutacağın arasında kiçik boşluğun görünməsi
normaldır.
Philips Sonicare diş fırçasından istifadə
Sonicare diş fırçanızı ilk dəfə istifadə edirsinizsə, elektriksiz diş fırçasından
istifadə etdikdən daha çox vibrasiya hiss etməyiniz normal haldır. İlk dəfə
istifadəçilərin çox təzyiq göstərməsi normal haldır. Yalnız yumşaq şəkildə təzyiq
tətbiq edin və diş fırçasının sizin yerinizə fırçalamasına şərait yaradın. Daha
yaxşı təcrübə üçün aşağıda göstərilən fırçalama ilə bağlı təlimatlara əməl edin.
Yeni Sonicare elektrikli diş fırçasından yenicə istifadəyə etməyə başlamısınızsa,
ilk 1-2 həftə aşağı parametr seçib daha sonra daha yüksək parametrə keçin.