31
Azərbaycanca
İntensivliklər (yalnız 5300)
intensivlik parametrləri
Güclü diş fırçanız 2 fərqli intensivliyə malikdir:
- Yüksək səviyyədə intensivlik
- Aşağı səviyyədə intensivlik
Qeyd: Ən yaxşı nəticələr üçün yüksək intensivliyi tövsiyə edirik.
İstədiyiniz intensivliyi əllə seçmək məqsədilə seçimlər arasında keçid etmək
üçün diş fırçası yandıqda fırçalamağa başladıqdan və ya davam etdikdən sonra
2 saniyə ərzində işəsalma düyməsini basın.
BrushSync texnologiyası
"BrushSync" texnologiyası fırça başlığının mikroçip vasitəsilə tutacaq ilə birlikdə
işləməsinə imkan verir. Fırça başlığının aşağısındakı simvolu onun bu
texnologiya ilə təchiz edilmiş fırça başlığı olduğunu göstərir.
"BrushSync" texnologiyası aşağıdakıları aktivləşdirir:
- Fırça başlığını dəyişdirmək üçün xatırladıcı
- BrushSync rejimi və intensivliyi ilə əlaqələndirmə
Qeyd: BrushSync rejimi ilə əlaqələndirmənin əlçatanlığı diş fırçanızın
modelindən asılıdır.
BrushSync texnologiyası ilə təchiz edilmiş Philips Sonicare geniş smart fırça
başlıqları spektrini təklif edir. Fırça başlıqlarımızın bütün çeşidlərini araşdırmaq
və istəyinizə uyğun fırça başlığını tapmaq məqsədilə daha çox məlumat üçün
www.philips.com/toothbrush-heads ünvanına keçin.
Xüsusiyyətlər
- Təzyiq sensorunun əks-əlaqəsi
- BrushPacer
- SmarTimer
- EasyStart
- Fırça başlığını dəyişdirmək üçün xatırladıcı
- Fırça başlığı rejiminin əlaqələndirilməsi