30
Azərbaycanca
- Məhsulu 0 °C və 40 °C aralığında olan temperaturda
şarj edin və istifadə edin.
Saxlama və daşınma şərtləri
Temperatur -10°C - 60°C.
Elektromaqnit sahələr (EMS)
Bu Philips cihazı elektromaqnit sahələrin təsirinə məruz
qalma ilə əlaqədar bütün tətbiq olunan standartlar və
qaydalara uyğundur.
Radio Avadanlığı Direktivi
Bununla, Philips radio avadanlıq növü ilə (Bluetooth, NFC)
təchiz edilmiş elektrik diş fırçalarının 2014/53/Aİ
Direktivinə uyğun olduğunu bəyan edir.
- Müvafiq məhsullarda Bluetooth radio tezliyi interfeysi
2,4 GHz tezliyində işləyir.
- Bluetooth cihazının maksimum çıxış gücü 3 dBm-dir.
- Müvafiq məhsullarda NFC radio tezliyi interfeysi 13,56
MHz tezliyində işləyir.
- Cihazın ötürdüyü maksimum RT gücü 30,16 dBm-dir.
Aİ uyğunluq bəyannaməsinin tam mətni aşağıdakı
internet ünvanında əlçatandır:
www.philips.com/support
Qeyd: Xüsusiyyətlər müxtəlif modellərə görə fərqlənə
bilər. Bəzi modellər Bluetooth və ya NFC ilə təchiz
edilməyə bilər.
İstifadə Təyinatı
Sonicare DiamondClean Smart elektrik diş fırçaları diş
çürüməsini azaltmaq, ağız sağlamlığını yaxşılaşdırmaq və
qorumaq məqsədilə dişlərdəki diş ərpini və qida
qalıqlarını təmizləmək üçün nəzərdə tutulub. Sonicare
DiamondClean Smart elektrik diş fırçaları fərdi istifadə
üçün nəzərdə tutulub. Uşaqlar böyüklərin nəzarəti altında
istifadə etməlidir.
Philips Sonicare (Şək. 1.)
1 Tutacaq
2 Yandırın/söndürün düyməsi
3 İntensivlik göstəricisi