38
Azərbaycanca
Həddən artıq təzyiq tətbiq etsəniz, tutacaq titrəyişini
dəyişir və siz təzyiqi azaldana qədər fırçalama əks-
əlaqəsinin işığı (bənövşəyi rəngdə) tutacağın alt
hissəsində yanıb-sönür.
Qeyd: Təzyiq Sensoru məhsulda aktivləşdirilmiş olur. Bu
funksiyanı deaktiv etmək üçün (bax "Xüsusiyyətləri
aktivləşdirmə və ya deaktivləşdirmə").
BrushPacer
BrushPacer funksiyası bütün dişlərin bərabər
fırçalandığından əmin olmaq üçün ağız boşluğunuzu 6
hissəyə bölməyə kömək edən interval taymeridir. (bax
"Fırçalama təlimatları")
SmarTimer
SmarTimer fırçalama müddətinin sonunda diş fırçasını
avtomatik söndürməklə fırçalama müddətinin
tamamlandığını göstərir.
Diş həkimləri dişləri gündə iki dəfə ən azı 2 dəqiqə
fırçalamağı tövsiyə edirlər.
Qeyd: Fırçalama müddətinə başladıqdan sonra
yandırıb/söndürmə düyməsini bassanız, diş fırçası fasilə
verəcək. 30 saniyəlik fasilədən sonra SmarTimer yenidən
işə düşür.
Fırça başlığı rejiminin əlaqələndirilməsi
BrushSync texnologiyasına malik fırça başlıqları tutacaqla
rabitə yaradan və onu avtomatik olaraq tövsiyə olunan
rejim və intensivliklə əlaqələndirən mikroçiplə təchiz
edilib.
"BrushSync" texnologiyasına malik fırça başlıqlarının
əksəriyyəti Təmizləmə rejiminə avtomatik qoşulacaq.
Xüsusi üstünlüklərə malik fırça başlıqları müvafiq rejimə
(mövcud olduqda) qoşulacaq, nümunələrə aşağıdakılar
daxildir:
- G3 Premium Gum Care: "Gum Health" rejimi
- W3 Premium White: "White+" rejimi
- TongueCare+: "Tongue Care" rejimi
Qeyd: Tövsiyə olunan parametrdən rejimi/intensivliyi
dəyişməyi seçsəniz, fırça başlığı növbəti fırçalama
sessiyalarında seçdiyiniz parametri xatırlayacaq.