42
Azərbaycanca
Qeyd: Batareyanın ilk dəfə tam şarj olunması 24 saata
qədər davam edə bilər, lakin Philips Sonicare diş fırçasını
tam şarj etmədən də istifadə edə bilərsiniz.
Doldurma
Doldurma bazasında doldurma
1
Doldurma bazasının kabelini elektrik rozetkasına
taxın.
2
Doldurma stendini və ya doldurma stəkanını
doldurma bazasına qoyun.
3
Tutacağı doldurma stendinə və ya doldurma
stəkanına qoyun.
- Batareya göstəricisi və işıq halqası ağ rəngdə yanır
və tutacaq iki dəfə səs siqnalı verir. Bu, diş fırçasının
şarj olunmağa başladığını göstərir.
4
Doldurma cihazı diş fırçanız tam dolana qədər onu
dolduracaq.
- Batareya göstəricisi ağ rəngdə yanıb-söndükdə
tutacaq dolur. Tutacaq tam dolduqda batareya
göstəricisi 30 saniyə ərzində ağ rəngdə yanır, sonra isə
sönür.
Şarj edilmə xüsusiyyəti ilə təchiz olunmuş portativ
qab
Qeyd: Qutuya daxil edilmiş aksesuarlar satın alınmış
modelə görə fərqlənə bilər.
1
Doldurma funksiyalı portativ qabın aşağısındakı USB
kabelini götürün.
2
Doldurma funksiyalı portativ qabı USB kabeli vasitəsilə
aşağıdakılardan biri ola biləcək 5V sabit cərəyana
malik enerji mənbəyinə qoşun:
- Təmin edilmiş USB adapteri
- UL siyahısında qeyd edilmiş və ya fərdi kompüter
üçün ANSI/UL 60950-1 ilə sertifikatlaşdırılmış
standart USB konnektoru, yaxud
- UL siyahısında qeyd edilmiş və ya USB çıxış portu ilə
birlikdə ANSI/UL 60950-1 LPS ilə təsdiqlənmiş
enerji təchizatı və ya