39
Azərbaycanca
EasyStart
Bu Philips Sonicare modeli deaaktivləşdirilmiş EasyStart
xüsusiyyəti ilə təchiz olunmuşdur. EasyStart funksiyasını
aktivləşdirmək üçün (bax "Xüsusiyyətləri aktivləşdirmə və
ya deaktivləşdirmə"). Philips Sonicare-in fırçalama gücünə
öyrəşməyinizə kömək etmək üçün EasyStart xüsusiyyəti
ilk 14 fırçalama zamanı gücü ehmalca artırır.
EasyStart xüsusiyyəti bütün rejimlər ilə işləyir.
Məsuliyyətdən imtina
Philips Sonicare diş fırçası klinik tədqiqatlarda istifadə
edildikdə tutacaq tam şarj edilməli və EasyStart
xüsusiyyəti sönülü olmaqla təmizləmə rejimində yüksək
intensivlikdə istifadə edilməlidir.
Fırça başlığını dəyişdirmək üçün xatırladıcı
Philips Sonicare fırça başlığınızın aşınmasını izləyən
BrushSync texnologiyası ilə təchiz edilmişdir.
Qeyd: Bu xüsusiyyət yalnız BrushSync texnologiyası ilə
təchiz edilmiş Philips Sonicare smart fırça başlıqları ilə
işləyir.
1
Yeni ağıllı fırça başlığını ilk dəfə qoşarkən tutacaq sizin
BrushSync texnologiyası ilə təchiz olunmuş Philips
fırça başlığınızın olduğunu tanıyır və fırça başlığının
aşınmasını izləməyə başlayır.
2
Zamanla tətbiq etdiyiniz təzyiqə və diş fırçasının
ümumi istifadə vaxtına əsasən, tutacaq fırça başlığını
dəyişdirmək üçün optimal vaxtı müəyyən etmək
məqsədilə fırça başlığının aşınmasını izləyəcək. Bu
xüsusiyyət sizə dişlərinizin ən yaxşı şəkildə
təmizlənməsi və qulluğu üçün zəmanət verir.
3
Fırça başlığınının dəyişdirilməsi üçün xatırladıcı işığı
sarı rəngdə yandıqda, fırça başlığınızı
dəyişdirməlisiniz.
Bütün smart fırça başlıqlarında fırça başlığını dəyişdirmə
xatırladıcısı aktivləşdirilmiş olur. Fırça başlığını dəyişdirmə
xatırladıcısını qeyri-aktiv etmək üçün "Xüsusiyyətləri
aktivləşdirmə və ya deaktivləşdirmə" bölməsinə baxın.