32
Azərbaycanca
6
Tətbiqdə hesabınızı yaradın. Ən son
təkmilləşdirmələrə və xüsusiyyətlərə daxil olmaq üçün
tələb olunarsa, avadanlıq-proqram təminatı
yeniləməsini tamamlayın.
7
Diş fırçanızdan müntəzəm olaraq tətbiqlə əlaqə
halında istifadə edin. Diş fırçanızı tətbiq ilə mütəmadi
sinxronizasiya etdiyiniz halda, ağız sağlamlığınızı
təkmilləşdirməyə yardım edəcək yeniləmələr əldə
edəcəksiniz.
8
Mütəmadi sinxronizasiya edin.
9
Məlumatların optimal şəkildə köçürülməsi üçün
telefonunuzu diş fırçanıza yaxın tutun.
Manual olaraq sinxronizasiya etmək üçün: Tətbiqin
xüsusiyyətlərindən/üstünlüklərindən faydalanmaq üçün
diş fırçanızı hər iki həftədən bir tətbiq ilə
əlaqələndirin/qoşun.
Avtomatik sinxronizasiya etmək üçün: Tətbiqi
quraşdırarkən məkan icazəsini yandırın. Məkan icazələrini
yandırmaqla, telefonunuz diş fırçanızın nə vaxt əlaqə
diapazonunda olduğunu bilir və ən son fikir, həmçinin
tövsiyələri təmin etmək üçün fırçalama məlumatlarınızı
tətbiqdə yeniləmək imkanına malik olur.
Qeyd: Tətbiqdən istifadə edərkən telefonunuzda
Bluetooth-un yandırıldığından əmin olun, bunun
vasitəsilə iş fırçanız fırçalama məlumatlarınızı tətbiqə
ötürə və yeniləyə bilir. Fırçalama məlumatlarınızın niyə
toplandığı haqqında suallarınız varsa, tətbiqin
quraşdırılma prosesi zamanı əlçatan olan Sonicare
Məxfilik Bildirişini nəzərdən keçirdiyinizə əmin olun.
Tətbiqin xüsusiyyətləri
Sonicare elektrik diş fırçanız smart sensorlar ilə təchiz
edilib. Bunun məqsədi sizi aşağıdakılar da daxil olmaqla
fırçalama vərdişləriniz haqqında rəy ilə təmin etməkdir:
- Gündəlik fırçalama sessiyaları
- Hər fırçalama sessiyası zamanı sərf edilən vaxt
- Tətbiq edilən fırçalama təzyiqi
- Fərdiləşdirilmiş ipucuları və təsirli tövsiyələr
- Fırça başlığını dəyişdirmək üçün xatırladıcı işıq (faktiki
istifadə əsasında)